79 yaşlı qadını zorladı, amma canından oldu - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY

Hit: 2372
79 yaşlı qadını zorladı, amma canından oldu - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY

Kəlbəcər rayonu, İstibulaq kəndində anadan olmuş 1939-cu il təvəllüdlü Sevil Babayevanın (ad və soyad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Faktor.az xəbər verir ki, Sevil Babayeva Kəlbəcər rayonunda məcburi köçkün olub və Göygöl rayonun Murovdağ qəsəbəsində məskunlaşıb.

Qadının evinə basqın

İttihama görə, 9 mart 2017-ci il tarixdə, saat 23.30-da Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Daşqın Səlimov Sevil Babayevanın yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən evə gəlib.

Daşqın Səlimov evin qonaq otağında yaşlı qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Sevil Babayeva Daşqın Səlimovun istəyi ilə razılaşmayıb.

Zorlama və qətl

Bu zaman Daşqın Səlimov Sevil Babayevanı döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib, daha sonra isə onunla zorla cinsi əlaqədə olmaq istəyib.

Təcavüzə məruz qalan Sevil Babayeva stolun üstündə olan bıçağı götürüb və Daşqın Səlimova çoxsaylı xəsarətlər yetirib. Daşqın Səlimov aldığı xəsarətdən ölüb.

Qətl törətdi, 1 il şərti cəza aldı

İstintaq orqanı tərəfindən Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Göygöl rayon Məhkəməsinin hökmü ilə Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Həbsdən çıxdı, öldürdüyü kişini oğlunu döydü

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslə bağlı nəticəyə düzgün gəlməyib.

Hüquqi varisin qeydlərinə görə, məhkum olunan qadın azadlığa çıxandan sonra mərhumun oğlunu döyüb: “Sevil Babayeva həbsdən çıxandan sonra mərhumun oğlu Sadiqi döyüb, təhqir edib: “Məhkumun barəsində olan şərti məhkum etmə ilə bağlı olan cəza cəzanın məqsədlərinə çatmaq üçün yetərli deyil. Məhkum özünü təqsirli bilmir, belə olan halda onun barəsində 70-ci maddənin tətbiq edilməsi doğru olmayıb”.

Həbs edilməsi tələb edildi

Nümayəndə əlavə edib ki, məhkumun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha ədalətli olardı: “Ona görə də onun barəsində şərti azadlıqdan məhrumetmə cəzası ləğv edilməli və onun azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır”.

Həmçinin Sevil Babayeva da apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin olunmayıb.

Hökm dəyişmədi

Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquq varisi kasasiya şikayəti verib. Hüquqi varis kasasiya şikayətində də Sevil Babayevanın həbs olunmasını tələb edib. Təqsirləndirilən şəxsin vəkili də müvəkkili barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti verib.

Hər iki tərəfin şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Tərəflərin şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin kasasiya şikayətləri təmin olunmayıb.(Publika.az)









Redaktorun seçimi