Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlandı.3

Hit: 305
Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlandı.3

Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.

Faktor.az Report-a istinadən bildirir ki, Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Nurməmməd oğlu Nurməmmədovgecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi