Cəlilabadda tibb işçisini avtomobil vurub

Hit: 350
Cəlilabadda tibb işçisini avtomobil vurub

Cəlilabad şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, rayonun 1958-ci il təvəllüdlü Fərzili kənd sakini Kərimova Gülgəz Ramazan qızını minik avtomobili vurub.

Qadın bel nahiyəsindən aldığı xəsarətlərlə dərhal sürücü tərəfindən xəstəxanaya gətirilib. Ona müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, G.Kərimova Cəlilabad RMX-da tibb işçisi kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.









Redaktorun seçimi