Yük maşını aşıb, sürücü xəsarət alıb

Hit: 339
Yük maşını aşıb, sürücü xəsarət alıb

Hacıqabul rayonunda yol qəzası baş verib.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 160-cı km-də, rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Eldar Arif oğlunun sükanı arxasında olduğu "99-CP-633" dövlət nömrə nişanlı"KamAZ" markalı yarımqoşqulu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi