Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb

Hit: 256
Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb

Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Faktor.Az Report-a istinadən xəbər verir ki, şəhərin Sahil küçəsində, həyətdə yelləncəkdə yellənən uşağın ehtiyatsızlıqdan boğazına kəndir dolanıb.

 

Köməksiz vəziyyətdə qalan səkkiz yaşlı uşaq orada boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi