Bakıda qeyri adi oğurluq - Danışa-danışa telefonu oğurladı - VİDEO

Hit: 1351
Bakıda qeyri adi oğurluq - Danışa-danışa telefonu oğurladı - VİDEO

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib.

Faktor.az bildirir ki,  Babayev Zaur İsgəndər oğluna məxsus telefon işlədiyi şərab dükanından oğurlanıb.

JPG. Şikayətçi

"İyulun 26-sı Bakıya gəlib onlayn sifariş vermişdim. Markası Asus Zenfone 5z telefonu aldım. Endirimlə 860 manata. Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 99 ünvanında yerləşən Şərab evində işləyirəm. Sentyabrın 16-sı tanımadığımız bir şəxs mağazaya daxil olur konyaklarla maraqlanır. Bizdə konyaklar yuxarı "polka"dadı, iş yoldaşım nərdivana çıxır konyakları göstərir. Mən də kassada otururam. Sonra vitrini doldurmaq üçün telefonumu qoyuram kompüterin üstünə. Keçirəm o biri tərəfdə vitrinləri düzəltməyə -  bu da əlində telefonla danışa - danışa telefonu götürüb qoyur cibinə. Qayıdanda görürəm telefon qoyduğum yerdə yoxdu. Oğru qapıdan çıxanda  qolundan tutdum əlimdən çıxdı qaçdı. İş yoldaşımla dalınca qaçdıq şəhər bağlarına qədər,  orda yox oldu. 102-yə zəng elədim. Polislər gəlib izahatımı aldılar. Cinayət işi açılıb. Oğru hələ də tapılmıyıb. Telefondan Bakıda demək olar heç kimdə yoxdur. Bakıda olsa, minimum 1100-1200 manat qiyməti var. İnternetdə həmin oğrunun başqa mağazalardan telefon oğurladığının videolarını da tapmışam. Polisə videonu şəklini hamısını vermişəm hələ xəbər yoxdu".

JPG. Telefonu oğurlayan şəxs

SOS: Bu şəxsi görənlərdən xahiş edilir ki, 102 xidməti ilə əlaqə saxlasınlar.

Faktor.az

 









Redaktorun seçimi