ŞABRANDA ŞOK - Xəstəni "Cin çıxartmaq" adı ilə döyüb öldürdülər - VİDEO

Hit: 1135
ŞABRANDA ŞOK - Xəstəni "Cin çıxartmaq" adı ilə döyüb öldürdülər - VİDEO

Şabranda qətl törədilib.

Faktor.az xəbər verir ki, Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində xəsarətləri olan meyiti Şabran rayonunda kirayədə yaşadığı evdə aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu "cin çıxartma" müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.

M.Soltanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.









Redaktorun seçimi