İki maşın toqquşub, 3 nəfər yaralanıb

126 dəfə oxunub
İki maşın toqquşub, 3 nəfər yaralanıb

Hacıqabul rayonunda yol qəzası baş verib.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "Kia" markalı minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sərnişinlər - 1971-ci il təvəllüdlü Qaradağ rayonu sakini Həsənova Hicran Aydın qızı, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini Mustafayeva Aysel Tahir qızı və 2008-ci il təvəllüdlü Bakı şəhər sakini Ağayev Elcan Elvin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi