Yol qəzası nəticəsində qadın xəsarət alıb

135 dəfə oxunub
Yol qəzası nəticəsində qadın xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Pirili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pirili kənd sakini, 1956-cı il təvəllüdlü Kərimov İxtiyar Abdulkərim oğlunun idarə etdiyi "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində "06"nın sürücüsü və sərnişini Pirili kənd sakini - 1984-cü il təvəllüdlü Kərimova Mətanət Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi