Goranboyda məktəblini avtomobil vurub

137 dəfə oxunub
Goranboyda məktəblini avtomobil vurub

Goranboy rayonunda piyadanı avtomobil vurub.

Faltor.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Rzazadə Gülay Cəlal qızını avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada sürücü tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, G.Rzazadə 1-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi