Bakıda dəhşətli yanğın - 70 yaşlı qadın yanaraq can verdi - VİDEO

526 dəfə oxunub
Bakıda dəhşətli yanğın - 70 yaşlı qadın yanaraq can verdi - VİDEO

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

Faktor.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə indiki Rəsul Rza 125-də başlayan yanğın səhər saatlarında elektrik xətlərindəki qısa qapanma nəticəsində baş verib. Evdə tək olan qadın yatdığı üçün evdən çıxa bilməyib və yanaraq dünyasını dəyişib.

Hadisənin dəqiq nə səbəbdən baş veridiyi bilinmir. Ancaq hadisə şahidləri iddia edir ki, yanğın qəstən törədilib. 

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb. Fakla bağlı araşdırma aparılır.

 

Faktor.az//



Redaktorun seçimi