3 otaqlı mənzildə yanğın olub, 5 nəfər təxliyə olunub

133 dəfə oxunub
3 otaqlı mənzildə yanğın olub, 5 nəfər təxliyə olunub

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 3 otaqlı mənzilin 1 otağında 15 m² sahədə ev əşyaları və 2 ədəd məişət avandanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Redaktorun seçimi