Avtomobil 15 yaşlı gənci vurub

Hit: 412
Avtomobil 15 yaşlı gənci vurub

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi "VAZ-21023" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib. C.Qasımovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi