Azərbaycanda tükürpədən faktlar - 15 yaşlıq qızlar abort stolunda...

Hit: 1393
Azərbaycanda tükürpədən faktlar - 15 yaşlıq qızlar abort stolunda...
Azərbaycanda ötən il ölü doğulanlar da daxil olmaqla 142,7 min (2016-cı ildə 158,1 min) doğuş qeydə alınıb.
 
Faktor.az "Report”a istinadən xəbər verir ki, həmin müddətdə 37,618 min nəfər (2016-cı ildə 34 569 min) abort etdirib.
 
Abortların ümumi sayından 12,3 mini (2016-cı ildə 10,5 min) mini-abortların payına düşüb.
 
Eyni zamanda, abort edilənlər arasında 15-19 yaşlı qadınların sayı 1605 (2016-cı il 1 261), onlardan da 15-17 yaşında olanlar 46 nəfər (2016-cı il 19), 18-19 yaşlı olanlar isə 1 559 nəfər (2016-cı il 1 242) təşkil edib.
 
Həmçinin, 9 583 nəfər 20-24 yaşlı, 11 706 nəfər 25-29 yaşlı, 9 856 nəfər 30-34 yaşlı, 4 868 nəfəri isə 35-49 yaş arasında qeydə alınıb.  
 
Bundan başqa, dərman vasitələri ilə aparılan abortların sayı isə 385 nəfər (2016-cı ildə 60 nəfər) təşkil edib. 








Redaktorun seçimi