Eşitmə problemi olan bacısına təcavüz etdilər - Qardaşı güllələdi

Hit: 210
Eşitmə problemi olan bacısına təcavüz etdilər - Qardaşı güllələdi

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Bursa qəzasının 27 yaşlı sakini Yusif P. adlı şəxs eşitmə əngəlli bacısı 29 yaşlı B.P.-ya təcavüz etdiyinə görə 26 yaşlı Mehmet Qocadoğanı qətlə yetirib.

Namus üstündə əlimi qana batırdım” deyən Yusif P.-ya mərhumun atası Nəcməddin Qocadoğan ömürlük həbs cəzası tələb edib. Bildirib ki, qız sosial şəbəkələrdə özü haqqında paylaşımlar edib: “oğlumdan əl çəkmirdi. Oğlum isə onunun istəklərinə cavab verməyib. Qız ona böhtan atıb. Məhkəmədə hər şey aydın olacaq.”

2018-ci iln oktyabr ayında B.P. zorlandığına görə polisə şikayət edib. B.P.-nın qardaşı da bacısı ilə birlikdə polis orqanına gəlib və hadisəni bacısının əl işərələri ilə anlayıb. Qisas üçün hərəkətə keçən Yusif P. evə dünüb və  M. Qocadoğana zəng edərək görüş təyin edib. Tək güllə ilə sinəsinə atəş açaraq M.Qocadoğanı öldürən Yusif P. hadisə yerindən qaçıb.   

Polis tərəfindən yaxalanan Yusif.P.-ya “adam öldürmək” maddəsi ilə cinayət işi açılıb.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi