PKK-da dəhşətli intiharlar başladı - Gənc qızları zorlayır, öldürürlər

Hit: 263
PKK-da dəhşətli intiharlar başladı - Gənc qızları zorlayır, öldürürlər

Aldadaraq dağa çıxarırdı – təcavüz və qətl

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə PKK terror təşkilatının növbəti cinayətləri yayılıb. Qaçaq düşən üç nəfər terrorçu təşkilatın cinayətlərini açıqlayıb.

“PKK başçılarının kölə kimi rəftar etdiyi əsirlər, xüsusən, qız uşaqları aldadılaraq dağa çıxarılır, orada cinsi zorakılığa məruz qalırlar. Nəticədə intihar halları çoxalıb. Cinayət bununla bitmir. Uşaqlara məcburi olaraq narkotik maddələr qəbul etdirir, ağır işlərdə çalışdırırlar. Zülmdən qaçanlar isə dərhal yaxalanaraq öldürülür.” deyə, qaçan terrorçular bildiriblər.

Etiraf edən terrorçular 2018-ci ilin sentyabr ayında Dövlət Təhlükəsizlik əməkdaşlarının apardıqları əməliyyat nəticəsində könüllü təslim olublar. Qeyd edək ki, əməliyyatda PKK xeyli itki verib.    

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi