Nilufər qapını döyəndə şoka düşdü - Əri 4 qadınla... - VİDEO

Hit: 2408
Nilufər qapını döyəndə şoka düşdü - Əri 4 qadınla... - VİDEO

"Kanal D"də yayımlanan "4 qadın zamanı"nda ərinin tez-tez ona xəyanət etdiyini deyən Nilüfer Pehlivan adlı qadının söylədikləri eşidənləri dəhşətə gətirib. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, proqramda fikirləri qarışdıran bir xəyanət olayı Türkiyədə ən çox danışılan hadisələrdən birinə çevrilib.

Canlı yayıma qatılan və ərinin dəfələrlə ona xəyanət etdiyini, hətta bir dəfə yoldaşını başqa qadınla yataqda cinsi əlaqədə olduğu zaman tutduğunu deyən Nilüfer Pehlivan adlı qadının açıqlamaları studiyadakıları təəccübləndirib.

Əri ilə 15 yaşındaykən sevərək evləndiyini, amma ərinin zaman keçdikcə dəyişdiyi və ona şiddət tətbiq etdiyini iddia edən Pehlivan "Ərim bir gün məni Sipil dağına apardı. Orada məni soyundurub, döydü. Sonra da məni o dağda çılpaq halda qoyub getdi. Hal-hazırda döydüldüyümlə bağlı ərizəm də var" deyib.

Ərinin bəzən evdən gedib uzun müddət gəlmədiyini bildirən qadın həyat yoldaşının 4 ay sonra gecə 11-də qapıya gələrək "sənə sürprizim" var dediyi həmin hadisəni açıqlayıb: "Məni çölə çağırdı. Maşına mindik və bir yerə gedəcəyimizi dedi.

Ərim maşını yol kənarındakı bir marketin önündə saxladı. O, markedəykən maşında qalan telefonuna zəng gəldi. Dürdanə adlı bir qadının zəng etdiyini gördüm. Telefonu açıb "Bəli" dedikdə mənə "Sən kimsən?" cavabını verdi. Arvadı olduğumu deyincə "Mən də kəbinli arvadı" dedi. O an ərim gəldi, telefona cavab verdiyimi görüncə mənə şillə vurdu. "Məni o qadının yanına aparma" desəm də, dinləmədi. O qadının yaşadığı evə apardı. Qadın məni maşından endirməyə çalışdı. 

 

Maşından düşmək istəməsəm da, ərimlə məni məcbur maşından endirdilər. Ərimin saxladığı o qadın mənə sonra "Sən qadın olsaydın, bu şəraiti sənin üçün yaradardı" dedi.

İkisi də narkotik qəbul etmişdi. Ərim mənə əxlaqsız təklif etdi. O məqamda evdə 3 azyaşlı uşaq gördüm. Onların qadının keçmiş ərindən olduğunu öyrəndim.

Verilişdə Nilüfər xanımın canlı yayıma bağlanan əri Sabri isə "Arvadım o qadınla tanış olmaq istədi, mən də apardım" deyərək özünü müdafiə edib.


Milli.Az



Ərini yataqda başqası ilə tutan qadının dedikləri QAN DONDURDU

 








Redaktorun seçimi