Sumqayıtda avtobusla vurulan piyadanın kimliyi müəyyənləşdirilir

Hit: 511
Sumqayıtda avtobusla vurulan piyadanın kimliyi müəyyənləşdirilir

Sumqayıt şəhərinin Babək küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az Trend-ə istinadən bildirir ki, oktyabrın 19-da saat 7 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi "Hyundai" markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi