Badamdarda VƏZİYYƏT: çatlar böyüyüb

Hit: 333
Badamdarda VƏZİYYƏT: çatlar böyüyüb

Badamdar sürüşmə zonasında monitorinqlər davam edir.

Faktor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Milli.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib. Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.









Redaktorun seçimi