Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hit: 356
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Faktor.az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes"markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi