Bakının daha bir ərazisində sürüşmə baş verib

Hit: 374
Bakının daha bir ərazisində sürüşmə baş verib

Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Faktor.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Trend-ə verilən məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib.

Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.









Redaktorun seçimi