"Bank BTB" müştərlərdən hesabatı niyə gizlətdi?
“Kommersant.az” bankın hesabatına istinadən verdiyi xəbərə görə, son bir ildə “Bank BTB”nin depozit portfeli əhəmiyyətli dərəcədə - 69,2% artaraq 88,304 milyon manata yüksəlib. Hesabat dövrünün sonuna bankın cəmi öhdəliklərinin həcmi 246,188 milyon manat təşkil edib.
Bankın nizamnamə və məcmu kapitalı artıb
Bu il “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 66,450 milyon manata, məcmu kapitalı isə 6% və ya 3 milyon 196 min manat artaraq 56,291 milyon manata bərabər olub.
Bankın gizlətdiyi hesabat
“Bank BTB” pul vəsaitlərinin hərəkəti haqqında hesabatını gizlədir. Bu isə ötən ilin 3 –cü rübü ilə müqayisənin daha az olmasına görədir. Belə ki, bankın saytında sözügedən hesabatın bu il üzrə 1 –ci, 2 –ci və 3-cü rübü dərc olunub. Amma nə təsdüfdürsə ötən ilin 3-cü rübünə olan hesabatı saytdan silinib.