Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - Azərbaycanda DƏHŞƏTLİ OLAY - VİDEO

Hit: 688
Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - Azərbaycanda DƏHŞƏTLİ OLAY - VİDEO

Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçıran gənc oğlan gəlinin qohumları tərəfindən tutularaq işgəncələrə məruz qalıb.

A24.az-ın əldə etdiyi məlumata görə, əmisinin gəlini ilə eşq yaşayan gənc oğlan bir müddət əvvəl öz həyat yoldaşından boşanıb. Daha sonra isə əmisi oğlunun arvadını qaçırıb.

Bu hadisədən sonra qaçırılan gəlinin həyat yoldaşı dostları ilə birlikdə oğlanı taparaq çöllük bir əraziyə aparıblar. Həmin şəxslər daha sonra gənc oğlanı ailəsindən boşanıb, əmisi oğlunun arvadını qaçırdığına görə işgəncə verərək döyüblər.

Gənclər onu namus üstündə günahlandıraraq ayaqlarını bir-birinə bağlayıb təpikləməyə başlayıblar.

Görüntülərin hansı rayonda çəkildiyi məlum deyil.

A24.az həmin görüntüləri təqdim edir:









Redaktorun seçimi