Qardaşdan bacısının ailəsinin dağılmaması üçün dəhşətli əməl - Təfərrüat

Hit: 233
Qardaşdan bacısının ailəsinin dağılmaması üçün dəhşətli əməl - Təfərrüat

Bakıda yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirli bilinən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Tural Tarverdiyevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Tural Tarverdiyev yaşadığı Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. O, həmin evdə yeznəsi Anar Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq yaralayıb.

Hər iki yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq Suraxanı rayon prokurorluğuna təhvil verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural Tarverdiyev bildirib ki, havaya atəş açıb, heç kimi öldürməyə cəhd etməyib. Qeyd edib ki, hadisə yerinə gedəndə yeznəsini və onun atasını görməyib: “Mən onları görməmişəm. Onlar çölə çıxmamış mən atəş açmışam. Bunu etiraf edirəm. İstəsəydim, onları öldürə bilərdim. Bunun üçün imkanım var idi”.

Tural Tarverdiyev bacısının ailəsinin dağılmaması üçün bu əməli törətdiyini və yeznəsini qorxutmaq istədiyini bildirib.

İstintaq orqanı tərəfindən Tural Tarverdiyevin barəsində Cinayət Məcəlləsinin 29,120-cü (qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.









Redaktorun seçimi