Rəis maşını aşırdı, ÖZÜ ÖLDÜ: içkili imiş və... - ŞOK TƏFƏRRÜAT - AZƏRBAYCANDA DƏHŞƏT

Hit: 4639
Rəis maşını aşırdı, ÖZÜ ÖLDÜ: içkili imiş və... - ŞOK TƏFƏRRÜAT - AZƏRBAYCANDA DƏHŞƏT

Dünən Cəlilabad rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, rayonun Qarazəncir kəndində idarə etdiyi “VAZ 2121-Niva” markalı atomobilin qəzaya düşməsi nəticəsində vəfat edən 1958-ci il təvəllüdlü Qubadov Füzuli Saran oğlu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəlilabad şöbəsinin rəisi olub. Yaxınlarının bildirdiyinə görə, F.Qubadovun maşın sürmək təcrübəsi çox olmayıb. Belə ki, dünən onun sürücüsünün başqa işi olduğundan şöbə rəisi özü maşını sürərək evə qayıtmaq istəyib. O, kəndin içində, o qədər də sərt olmayan döngədə maşını aşırıb və hadisə yerindəcə keçinib.

Məlumata görə, F.Qubadov bir müddət əvvəl ürək əməliyyatı keçirib və onun ürək damarlarına stend qoyulub. Bu yaxınlarda o, açıq ürək əməliyyatı keçirməyi planlaşdırırmış. Yaxınları hadisə vaxtı F.Qubadovun ürəyində problem yaranmasını və sükan arxasında vəfat etməsini də istinad etməyiblər.

O da məlum olub ki, hadisə vaxtı F.Qubadov spirtli içkinin təsiri altında olub. Faktla bağlı raşdırmalar davam etdirilir.

*****

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Adnalı kənd sakini, 1960-ci il təvəllüdlü Füzuli Saran oğlu Qubadov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb və nəticədə baş nahiyəsindən aldığı ağır xəsarətlərdən ölüb.

F.Qubadov Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisidir. İlkin məlumatlara görə, o, avtomobili idarə edən zaman sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi