Kanaldan meyit tapıldı

Hit: 402
Kanaldan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Nazirliyin saytına istinadən hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N. Gülbalayevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.









Redaktorun seçimi