Bakıda 41 yaşlı qadın binanın 10-cu mərtəbəsindən özünü atıb

Hit: 290
Bakıda 41 yaşlı qadın binanın 10-cu mərtəbəsindən özünü atıb

Bakıın Nərimanov rayonunda bir qadın özünü çoxmərtəbəli binadan ataraq öldürüb.

 Sputnik Azərbaycan-a  bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Əldə olunmuş məlumata görə, oktyabrın 15-də saat 07:15-də Məmməd Araz küçəsi, 67/71 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Xanməmmədova Rəna Cumart qızı özünü binanın 10-cu mərtəbəsindən atıb. İlkin araşdırma zamanı məlum olub ki, qadın depressiyada olduğu üçün intihar edib. Qonşularının sözlərinə görə, qadın son illər evdən bayıra çıxmırmış.

Xanməmmədova psixiatrik xəstəxanada qeydiyyatda olub. O, şirofreniyadan əziyyət çəkirmiş. Faktla bağlı araşdırma davam edir.









Redaktorun seçimi