Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verdi - FOTOLAR

Hit: 355
Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verdi - FOTOLAR

Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.

Faktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən Milli.Az-a verilən məlumatda deyilir.

Bildirilir ki, RSXM-nin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

1
1
1








Redaktorun seçimi