Bakıda 75 nəfəri aldadan bağça müdiri hakim qarşısında

Hit: 255
Bakıda 75 nəfəri aldadan bağça müdiri hakim qarşısında

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Oxu.Az xəbər verir ki, A.Əliyevanın cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin olunub. 

İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq, pullarını mənimsəyib. 

Zərərçəkmişlərin sözlərinə görə, özünü bağçanın müdiri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onları işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Təxminən 75 qadın deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. 

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurub. 









Redaktorun seçimi