Bədəninin yarısını itirmiş, ermənilərin bir polkunu darmadağın etmiş qazimiz - Vəfat etdi

Hit: 11749
Bədəninin yarısını itirmiş, ermənilərin bir polkunu darmadağın etmiş qazimiz - Vəfat etdi

Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.

Bu barədə Faktor.az saytına onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Ehtimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Ali təhsilli idi.

Ailəli idi.

Sonuncu müsahibəsində belə bir fikir vardı:  Şəxsən mənim bədənimin 20 faizi yoxdur. Həm ayağımı itirmişəm, həm torpağımı, bu, mənə o qədər pis təsir edir ki...Ona görə bizim müharibə insanları daha çox yanıb-yaxılırlar ki, axı, biz orda can qoyduq, bədənimizin yarısını itirdik. 

Faktor.az









Redaktorun seçimi