Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı

52 dəfə oxunub
Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı

Bu gün Badamdar qəsəbəsində baş vermiş sürüşmə hadisəsi həmin ərazidə yerləşən bir sıra iaşə obyektlərinin işinə mənfi təsir göstərib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən yolun kənarındakı yamacda sürüşmə səbəbindən ətrafda yerləşən bəzi iaşə obyektləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Qeyd edək ki, sürüşmə ilə əlaqədar Badamdar - "20-ci sahə" və "20-ci sahə" - Badamdar yolu bağlanıb, nəqliyyatın hərəkətinə icazə verilmir.

Bundan başqa, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin ərazidə elektrik enerjisi və 11 fərdi evə təbii qazın verilişi dayandırılıb.



Redaktorun seçimi