Bakıda şagird məktəbə gözyaşardıcı qaz atdı - Zəhərlənənlər var

85 dəfə oxunub
Bakıda şagird məktəbə gözyaşardıcı qaz atdı - Zəhərlənənlər var

Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.

Məktəbdən verilən məlumata görə, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.



Redaktorun seçimi