Bakı-Sumqayıt yolundakı ağır qəzada yol polisinin oğlu öldü

45 dəfə oxunub
Bakı-Sumqayıt yolundakı ağır qəzada yol polisinin oğlu öldü
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib
 
Faktor.az "report"a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
 
Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.
 
Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.
 
Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.
 
Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi