Astara sakini qardaşını bıçaqlayıb

99 dəfə oxunub
Astara sakini qardaşını bıçaqlayıb

Astara rayon sakini qardaşını bıçaqlayıb.

Faktor.az "Report"a istinadən bildirir ki,Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni oğlu Xəlilova qardaşı Akif tərəfindən bıçaq xəsarəti yetirilib.

Yaxınlarının bildirdiyinə görə, hər iki qardaş bir həyətyanı evdə yaşayır. B.Xəlilov avtomobil təmiri ustasıdır. Qardaşı onun həyətdə avtomobilləri təmir etmək üçün istifadə etdiyi yerə odun yığıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Akif Beytullanı bıçaqla vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi