Azərbaycanda məmur 400 milyon "yedi" - Millət vəkili şok rəqəmlər barədə...

1707 dəfə oxunub
Azərbaycanda məmur 400 milyon "yedi" - Millət vəkili şok rəqəmlər barədə...

Xəbər verdiyimiz kimi, qızına 400 minlik toy etməsi xəbəri ilə gündəmə gələn azərbaycanlı məmur "Lifttəmir" İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb.

Hazırda sosial şəbəkələrdə və hətta Milli Məclisdə qanun pozuntusuna yolverən məmurların zamanında cəzalandırılmaması müzakirə olunur.

İşdən çıxarılan Qüdrət Şükürovun idarəsində 400 milyon yeyinti olub - Deputat şok rəqəmi AÇIQLADI

Bununla bağlı Big.az-a açıqlama verən deputat Aqil Abbas bildirib ki, Qüdrət Şükürov işdən çıxarılandan sonra yol verdiyi qanun pozuntuları araşdırılır:

Deyilənə görə 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə prezident aparatından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar. Məncə, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir".

 



Redaktorun seçimi