Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü

126 dəfə oxunub
Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü

Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən "Turan" klinikasında qeydə alınıb.

Klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb.

Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü polis bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.



Redaktorun seçimi