Ruslan azyaşlı bacısı qızı Sahibəni evdə tək tutdu - Apardı yataqda...

18685 dəfə oxunub
Ruslan azyaşlı bacısı qızı Sahibəni evdə tək tutdu - Apardı yataqda...

Bakıda bacısı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, bu ilin əvvəlində Binəqədi rayonunda Ruslan Babayev bacısının azyaşlı qızı Sahibə Qafarovaya (zərərçəkmişin as-soyadı şərti verilib – red.) təcavüz edib.

İstintaq sənədlərinə görə, Ruslan Babayev bu hərəkətini dəfələrlə təkrarlayıb.

Azyaşlının valideynləri baş verən olayla bağlı yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinə müraciət ediblər.

Müraciət əsasında Ruslan Babayev həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

 

Ruslan Babayevin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan qapalı iclaslarda araşdırılıb.

Cinayət işi üzrə araşdırma aparan hakim heyəti sonda hökm elan edib.

Hökmə əsasən, Ruslan Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib.



Redaktorun seçimi