Elvin arvadını yad kişi ilə tutdu - Qaradağda mesaj cinayəti

Hit: 4105
Elvin arvadını yad kişi ilə tutdu - Qaradağda mesaj cinayəti

Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Müəyyən edilib ki, qətlin hadisəsi qısqanclıq zəminində törədilib.

Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.

Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin Qəhrəmanlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var.

Məhkəmənin baxış iclası sentyabrın 24-ə təyin edilib.









Redaktorun seçimi