Şəhriyar Məmmədyarov ata oldu

Hit: 422
Şəhriyar Məmmədyarov ata oldu

Tanınmış Azərbaycan şahmatçısı, qrossmeyster Şəhriyar Məmmədyarov ata olub.

Faktor.az  xəbər verir ki, bu barədə məlumatı Şəhriyar Məmmədyarovun əmisi, tanınmış həkim Məmmədyar Məmmədyarlı verib.

O, idmançıya təbrik də ünvanlayıb: “Əzizim Şəhriyar, səni ata olmağın münasibətilə təbrik edirəm. Atasına layiq oğul olsun”.
Qeyd edək ki, bu onun ikinci evliliyindən olan ilk övladıdır.

Şəhriyar Məmmədyarov 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qursa da, cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.

2017-ci ildə ikinci dəfə evlənib.

Gülbəniz Cəfərova

Faktor.az









Redaktorun seçimi