Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib

Hit: 310
Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib

Şəki rayonunda itqapma hadisəsi baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, axşam saatlarında rayonun Kiş kəndində 2012-ci il təvəllüdlü yerli sakin Kərimova Ləman Şamxal qızı anası ilə yolla gedərkən sahibsiz itin hucumuna məruz qalıb.

İt 6 yaşlı Ləmanın sol üzündən dişləyərək qaçıb. Uşaq valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan "Report"a bildirilib ki, L.Kərimovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.









Redaktorun seçimi