Lənkəranda "təcili yardım" maşını qulaqcıqla velosiped sürən kişini vurub

Hit: 815
Lənkəranda "təcili yardım" maşını qulaqcıqla velosiped sürən kişini vurub

Lənkəran şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "90-JD-642" dövlət qeydiyyat nişanlı avtomobili yolu keçməkdə olan velosipedçini vurub.

Ətrafdakıların sözlərinə görə velosipedçi qulaqcıq taxdığından "təcili yardım" avtomobilinin xəbərdarlıq siqnalına əhəmiyyət verməyib. "Təcili yardım"ın sürücüsü xəsarət alan Lənkəran şəhəri, Müslüm Maqomayev küçəsi, ev 17-də yaşayan 19 yaşlı Aslan Şaiq oğlu Məmmədlini dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Hadisə "təcili yardım" maşını Mərkəzi Qan Bankının Lənkəran bölməsindən xəstə üçün qan götürüb geri qayıtdığı zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi