Bel yırtığının müalicəsi üçün getdi, şikəst qaldı - VİDEO

Hit: 398
Bel yırtığının müalicəsi üçün getdi, şikəst qaldı - VİDEO

İstanbulda bel yırtığından əziyyət çəkən Tamel Aykut qonşularının tövsiyəsi ilə türkəçarəyə baş vurub.

Faktor.az Unikal.org-a istinadən xəbər verir ki, o bunun üçün özünü “şəfa verən” adlandıran şəxsin yanına gedib. Həmin şəxs müalicəyə başlayanda “Mənə dua edəcəksən” deyib. Amma onun “müalicəsi” nəticəsində T.Aykut şikəst qalıb.

“Ayaqlarımla getdim, sürünərək gəldim” deyən T.Aykut saxtakar “şəfa verən”in gördüyü “müalicə ilə bağlı bunları danışıb:

“Budlarım ağrıyır. Diz qapaqlarımdan aşağısı tutmur. Orada iniləyirəm, qışqırıram ki etmə! Hələ üstəlik məndə pul da aldı. 30 tl qarşılığında bu işi gördü. Dedim anlamırsansa bu işi görmə, məni şikəst edərsən. “2 gün sonra gələcək və mənə dua edəcəksən” dedi. Alətlərlə vura-vura damarlarda zədələnmə və içəridə qan laxtalanması yaranmasına səbəb olub. Qismən bir iflic keçirmişəm”.

 

 









Redaktorun seçimi