Oğlanın valideyni tərtərdə gözdən əlil gəlininə görün nə etdi...

Hit: 2421
Oğlanın valideyni tərtərdə  gözdən əlil gəlininə görün nə etdi...
Gözdən əlil olan gəlin qaynanasının onun adına kredit götürdüyünü və ödəməkdən imtina etdiyini iddia edir.
 
Xezerxeber.az / Yevlaxın Aran qəsəbəsindən Tərtər rayonuna gəlin köçən Aygün İbrahimovanın adına qaynanası Mehbarə Bəylərova 500 dollar məbləğində kredit götürüb. Bir müddət keçdikdən sonra gəlin boşanıb ata evinə qayıtsada kredit kartı həmin evdə qalıb və hər ay ödənilməli olan məbləğ Aygün İbrahimovanın əlilik üçün təyin edilən 47 manatdan tutulub.
 
Yevlax sakini 2 il ərzində ödəmə eləsə də hələdə banka 404 manat borclu qaldığını deyir. Qadın bunu ödəməkdə çətinlik çəkdiyindən keçmiş qaynanasına krediti ödəməsini bildirsə də ona yox cavabı verilib.
 
Bir övladı ilə atasının himayəsinə sığınan qadın çarəsiz qaldığını bildirir. Məsələ ilə bağlı qarşı tərəfində fikirlərini öyrənməyə cəhd etsək də cavabsız qalıb.
 
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirovun verdiyi açıqlamaya görə, kredit müqaviləsi Aygün İbrahimova, yəni gəlinin adına rəsmiləşdiyindən krediti də o ödəməlidir. Amma gəlin pulun həqiqətən də keçmiş qayınanasına verildiyini sübut edən faktlar və şahidlər taparaq məhkəməyə müraciət edə və ona dəyən maddi mənəvi ziyana görə ödəniş tələb edə bilər. 








Redaktorun seçimi