Azərbaycanda məktəb yandı

Hit: 1142
Azərbaycanda məktəb yandı
Quba rayonunda məktəb binasında yanğın olub.
 
Faktor.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xaltan inzibati ərazi dairəsində yerləşən Çarxaçu dağ kəndində son tamamlama işləri aparılan modul tipli məktəbdə qeydə alınıb.
 
 
Yanğına elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir.
 
Hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər də gəlib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi