Sumqayıtda faciə: nənə öldü, nəvə xəstəxanaya aparıldı

Hit: 329
Sumqayıtda faciə: nənə öldü, nəvə xəstəxanaya aparıldı

Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az xəbər verir ki, DİN-dən Milli.Az-a verilən məlumata görə, sentyabrın 19-da saat 11 radələrində Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində şəhər sakini Fariz Xəlilov idarə etdiyi "Ford" (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi - 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi