Yüksək vəzifəli məmur işindən azad edildi

Hit: 474
Yüksək vəzifəli məmur işindən azad edildi

Rasim Quliyev BŞİH-in Aparat rəhbəri vəzifəsindən azad edildi.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub

 

Faktor.az xəbər verir ki, bu barədə politoloq Azər Rəşidoğlu öz "Facebook" profilində bu barədə məlumat yayıb
 

Qeyd edək ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

Keçmiş BŞİH başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

Gülbəniz Cəfərova

Faktor.az

 









Redaktorun seçimi