Atadan övladına qarşı vəhşilik - Küçədə onu döydü - VİDEO

Hit: 1088
Atadan övladına qarşı vəhşilik - Küçədə onu döydü - VİDEO

Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir:

"Faktla bağlı valideynə xəbərdarlıq ediləcək və məsələ barədə müvafiq tədbirlər görüləcək".

Pərviz Əliyev qeyd edib ki, bu cür hadisələr ölkənin nüfuzuna xələl gətirir:

"Dəfələrlə buna qarşı tədbirlər keçirilib. Bu cür faktlar olan zaman araşdırma aparılır. Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq və məlumat veriləcək".

Qeyd edək ki, unikal.org saytında övladını döyən atanın videogörüntüləri yerləşdirilib.









Redaktorun seçimi