Azərbaycanın məşhur nazirini infarkt vurdu - FOTOLAR

3024 dəfə oxunub
Azərbaycanın məşhur nazirini infarkt vurdu - FOTOLAR
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.
 
Unikal.org xəbər verir ki, bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat verib.
 
Məlumata görə, eks-nazir insult keçirib.
 
"Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkim ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır”,-sabiq nazirin yaxınları bildiriblər.
 
Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
 
1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
 
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
 
 
  •  

 



Redaktorun seçimi