Bakıda qadın polis işçisini zorlayıb? - Qorxunc olaylar

Hit: 90925
Bakıda qadın polis işçisini zorlayıb? - Qorxunc olaylar

Redaksiyamıza müraciət edən Şəhla Fəttayeva maraqlı və eyni zamanda qorxunc bir iddia irəli sürüb. Şəhla Fəttayevanın iddiasına görə, 3 il öncə Tural Təyyar oğlu Mehdili adlı polis işçisi öz ofisində ona təcavüz edib. Xanım dəfələrlə Tural Mehdilinin işlədiyi polıs məntəqəsinə gəlib və hər dəfəsində də Tural Mehdili onu şantaj edəcəyi ilə hədələyib, cinsi əlaqədə olub. Fakt özü- özlüyündə qorxunc səsləndiyi üçün məsələni ətraflı şəkildə araşdırmağa qərar verdik.

Əldə etdiyimiz məlumata əsasən, daha doğrusu Şəhla Fəttayevanın daha sonra özünün dilə gətirdiyi kimi, Tural Mehdili əslində onu şantaj etməyib.  O əslində Turalın evli olduğunu bildiyi halda münasibətdə olub, sonra Turalın ata- anasının yanına gedərək oğlanlarının onu aldatdığını, evlənməli olduğu halda, evlənmədiyini söyləyib. Şəhla Fəttayevanın iddiasına görə, polis leytenantı ondan 5000 manat borc alıb və o pulu da geri qaytarmır. Qarşı tərəfi ittiham edərkən nalayiq ifadələr işlətməkdən çəkinməyən Şəhla Fəttayeva Tural Mehdili ilə əlaqədar Daxili İşlər Nazirliyinə və digər əlaqədar qurumlara şikayət edəcəyini bildiridi. Məsələylə bağlı qarşı tərəfin də rəyini öyrənməyi özümüzə borc bildik.

News24.az-ın məsələylə bağlı suallarını cavablandıran Tural Mehdilinin sözlərinə görə, əslində o özü jantajın qurbanı olub: ”3 il öncə bu xanım özü qardaşı ilə bağlı şikayət ərizəsi ilə idarəmizə müraciət etmişdi. Ərizəni verdikdən sonra tez- tez nəticəni öyrənmək üçün əlaqə saxlayırdı. Sonra bir gün özü məndən xoşlandığını dilə gətirdi. Həmin vaxt “yox” cavabı versəm də, rəisimə yaxınlaşıb mənim ona təcavüz etdiyimi söyləmişdi. Bu qadın inanılmaz bir şəkildə mənimlə görüşməyi tələb edir, əgər razı olmazsam bütün ailəmə və həyat yoldaşıma da eyni şəkildə təhdidlər edəcəyini deyirdi. Mənim tək səhvim vaxtında bu hadisəni ailəmə deməməyim oldu. Özüm polis olsam da, bir qadının şantajına qurban getdim. Mən o xanımdan bir qəpik də borc almamışam. Bu onun son günlərdə uydurduğu bir yalandır. Düz 3 il ərzində o mənim ailə həyatım, karyeramı dağıdacağı ilə təhdid edərək, məni öz istəklərinə boyun əyməyə məcbur edib. Bu gün artıq hər kəs hər həqiqəti bilir. İndi nə istəyir, mən anlamıram. Mənim səhvim o oldu ki, gərək ailəmə bütün həqiqəti zamanında deyəydim, bu biabırçılıq yaşanmayaydı",- deyə o bildirib.


Faktor.az

 








Redaktorun seçimi