Qazaxda 18 yaşlı gənc çayda batdı - VİDEO

Hit: 500
Qazaxda 18 yaşlı gənc çayda batdı - VİDEO

Qazax rayonunda suda boğulma hadisəsi baş verib.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü kənd sakini Pənahov Sənan Natiq oğlu Kür çayının Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində çimərkən batıb.

Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd sakinlərinin axtarışı nəticəsində S.Pənahovun meyiti sudan çıxarılıb. Məlumata görə, Sənan ailənin tək oğlan övladı olub.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi